Şnobel mükafatı viza problemləri səbəbindən ABŞ-dan Avropaya köçürülür

Şnobel mükafatı viza problemləri səbəbindən ABŞ-dan Avropaya köçürülür

Bəyəndim (2) Bəyənmədim (0)


Ən qəribə elmi kəşflərə verilən illik Şnobel mükafatı mərasimi bu il ilk dəfə ABŞ-dan kənarda keçiriləcək. Oxuməni.az xəbər verir ki, “The Guardian”-ın məlumatına görə, mükafat sentyabrda Sürixdə İsveçrə Federal Texnologiya İnstitutu və Sürix Universitetinin dəstəyi ilə təqdim olunacaq.
Təşkilatçıların qərarı, Tramp administrasiyasının tələblərinin sərtləşməsi və miqrasiya polisinin sərt tədbirlərindən sonra bir çox mərasim iştirakçısının ABŞ vizası ala bilməməsi və ya almaq istəməməsi ilə bağlı narahatlıqlarla izah olunur. 2025-ci ildə on qalibdən dördü təhlükəsizliklərindən narahat olduqları üçün Bostondakı təqdimat mərasiminə gəlməyib.
"Ürəyimizə əl basaraq deyirik ki, bu il bu tədbirə yeni qalibləri və ya beynəlxalq jurnalistləri dəvət edə bilmərik", - deyə mükafatın təşkilatçıları bildiriblər.
Nobel mükafatının antitezi olan Şnobel mükafatı (Ig Nobel Prize) 1991-ci ildə amerikalı "Annals of Improbable Research" jurnalı tərəfindən təsis edilmişdir. İq Nobel mükafatı və ya Anti-nobel mükafatı (ing. Ig Nobel Prize, ing. ignobel - "ayıb" sözündən) —Harvard universitetində keçirilən mərasimdə verilən nüfuzlu beynəlxalq mükafat olan Nobel mükafatına parodiya. Mükafatın adı parodiya etdiyi Nobel mükafatının adına (ing. Nobel Prize) və İgnobel (ing. "etibar edilməyən, ayıb") sözünə söz oyunudur. Hər il oktyabrın əvvəllərində, yəni əsl Nobel mükafatının laureatları elan edilməmişdən əvvəl, elmi tədqiqatlarda qeyri-adi, trivial və məzəli nailiyyətlərə görə 10 İq Nobel mükafatı verilir. Bu mükafat "əvvəlcə güldürən, sonra isə düşündürən" tədqiqatlar üçün verilir.
Almaz Həsənli