Ukrayna Baş Qərargahı: şiddətli döyüşlər gedir
“İnterfaks-Ukrayna” yazır ki, Ukrayna Silahlı Qüvvələri, Təhlükəsizlik və Müdafiə Qüvvələrinin bölmələri şəhərlərin Rusiya qoşunlarından azad edilməsi üçün döyüşləri davam etdirir, - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında belə deyilir.
Qeyd olunur ki, “... təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri deyil, adi silahsız insanlar da aktiv döyüş əməliyyatları ilə düşmənə ziyan vurur...”.
Eyni zamanda, rus qoşunları "mülki əhalini atəşə tutmaqda, mühüm infrastruktur obyektlərinə və yaşayış binalarına, xəstəxanalara, uşaq bağçalarına raket və bomba zərbələri endirməkdə davam edir".
“Ukrayna silahlı qüvvələri bütün istiqamətlərdə müəyyən xətləri saxlamaqda davam edir, bəzi istiqamətlərdə isə əks-hücuma keçərək düşməni itkilərlə geri çəkilməyə, arxa kommunikasiyaları pozmağa və sarsıdıcı zərbələr endirməyə məcbur edir”, - deyə Baş Qərargah yekunlaşdırıb.



















































































