Avropa Parlamentində irqçilik qalmaqalı yaranıb

Avropa Parlamentində irqçilik qalmaqalı yaranıb

12:06
Bəyəndim (1) Bəyənmədim (0)

Politico xəbər verir ki, Avropa Parlamentindəki (AP) "Yeni Avropa" qrupunun rəhbəri Valeri Aye, sağçı mühafizəkar Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) qrupunun iki üzvünün İraq-İsveç əsilli Avropa Parlamentinin üzvü Əbir Əl-Səhlaniyə ünvanlanmış irqçi şərhlərə görə cəzalandırılmasını tələb edib.

Aye AP prezidenti Roberta Metsolaya ünvanladığı məktubda yazıb: "Bu cür davranışlara diqqət yetirilməsə, cəzasızlıq hissinin kök salması məni getdikcə daha çox narahat edir".

Qalmaqal miqrantlar üçün deportasiya qaydalarını sərtləşdirmək üçün qanun layihəsi ilə bağlı müzakirələr fonunda yaranıb. Müzakirələrdən sonra Əl-Səhlani bildirib ki, Avropa Parlamentində "heç vaxt özünü bu qədər təhlükəsiz hiss etməyib". Onun şərhi Finlandiya Avropa Parlamentinin üzvü Sebastian Tynkkynen tərəfindən dərc edilib və başlığında "bir az daha ağla" ifadəsi ilə qeyd edilib, Danimarkalı Avropa Parlamentinin üzvü Kristoffer Storm isə ona "evə getməyi" məsləhət görüb.

Əs-Səhlani sonuncu şərhin "irqi ayrı-seçkilik" olduğunu iddia edib. "Yeni Avropa"nın rəhbəri Aye, Metsola-ya göndərdiyi məktubda heç bir tədbir görülməsə, fraksiyasının məhkəməyə müraciət edə biləcəyinə işarə edib.

Storm ittihamları rədd edib. "Siyasi həmkarlarım tərəfindən irqçi adlandırılmasına dözməyəcəyəm və bu cür böhtan xarakterli ifadələri çox ciddi qəbul edirəm. "Evə qayıt" ifadəsi o demək idi ki, əgər demokratik qərar və ona qarşı reaksiya onu bu qədər narahat edirsə, siyasi rəqiblərinin böyük əksəriyyətini özünü təhlükəsiz hiss etmədiyinə görə günahlandırmaqdansa, palatadan çıxıb düşünsə, daha yaxşı olar", - deyə Avropa Parlamentinin üzvü "Politico"ya bildirib.

Əziz MUSTAFA