Özbəkistan Qazaxıstanla sərhədin demarkasiyası sazişini ratifikasiya edib
Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2022-ci il dekabrın 22-də Daşkənddə bağlanmış Özbəkistan və Qazaxıstan arasında Özbəkistan-Qazaxıstan dövlət sərhədinin demarkasiyası haqqında Müqavilənin ratifikasiyası haqqında qanunu imzalayıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Özbəkistan mətbuatının yaydığı məlumatda deyilir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə bu sazişin ratifikasiyası haqqında qanunu martın 28-də imzalayıb.
Razılaşmaya əsasən, dövlət sərhədinin demarkasiya xəttinin uzunluğu 2356 km 666 metr olmaqla 2001-ci və 2022-ci il dövlət sərhədi haqqında müqavilələr əsasında çəkilib. Qazaxıstan rəhbərinin Daşkəndə səfəri zamanı baş tutan sazişin imzalanması ilə Özbəkistan və Qazaxıstan arasında sərhədin hüquqi rəsmiləşdirilməsi prosesi başa çatıb.
Şavkat Mirziyoyev daha sonra qeyd edib ki, sazişin imzalanması regionda sülh və təhlükəsizliyə xidmət edəcək. “Sərhədimiz həmişə dostluq və mehriban qonşuluq sərhədi olub və olaraq da qalır”, - deyə o vurğulayıb.
Əziz Baş Göynüklü