Rusiya qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırılıb
Rusiya qlobal təhlükəsizliyə ən böyük təhdid yaradır.
Oxuməni.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.
Borrelin sözlərinə görə, Rusiya Avropa və qlobal təhlükəsizliyə ən böyük təhdiddir və onun nüvə arsenalı onu bütün sivil dünya üçün daha təhlükəli edir.
Borrell həmçinin iddia edib ki, qiyam cəhdi Rusiyada qeyri-sabitliyin artması riskini göstərir.
O hesab edir ki, Aİ Rusiyada mümkün sürətli dəyişikliklərə hazırlaşmalıdır: “Rusiya tarixi göstərdi ki, dəyişikliklər gələndə onlar tez baş verə bilər. Biz buna hazır olmalıyıq”.
Borrelin fikrincə, Ukraynanın qələbəsi beynəlxalq hüquqa əsaslanan ədalətli sülhə nail olmağın ən yaxşı yoludur. “Belə bir sülh həm də Rusiyaya davamlı sülh üçün ilkin şərt olan dəyişiklik prosesinə başlamaq üçün yol açacaq”, - deyə o əlavə edib.
Əziz Mustafa