Bayden NATO-nun  rəhbəri vəzifəsinə ideal namizəd tapıb

Bayden NATO-nun  rəhbəri vəzifəsinə ideal namizəd tapıb

5 İyul 2023 18:56
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatlar Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi postuna namizədliyini əngəlləyib.

Oxuməni.az xəbər verir ki, bu barədə “The Telegraph”-ın yaydığı məlumatda deyilir.

Nəşrin yazdığına görə, Uolles NATO-ya üzv olan bir sıra dövlətlərin sevimlisi idi, lakin Ukraynaya görünməmiş dəstəyinə görə alyansın faktiki lideri Vaşinqtonla ciddi gərginlik yaşanıb.

“The Telegraph” qeyd edir ki, Ben Uolles Kiyevi tanklar və uzaqmənzilli raketlərlə təmin etmək qərarları ilə Vaşinqtonu özündən uzaqlaşdırıb. Onun dəstəyinin ABŞ-ın təyin etdiyi sərhədləri keçdiyi bildirilir.

Qəzet yazır ki, ABŞ prezidenti Co Bayden 2024-cü ildə NATO-nun baş katibi postunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin tutmaqda israrlıdır.

The Telegraph yazır: “İndi Ağ Ev israr edir ki, Jens Stoltenberqdən sonra NATO-nun növbəti Baş katibi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen təyin edilsin.

Əziz Salam