Ərdoğan NATO sammitində iştirak edəcək

Ərdoğan NATO sammitində iştirak edəcək

10 İyul 2023 09:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın paytaxtı Vilnüsə gedib.

Oxuməni.az xəbər verir ki, “Anadolu”nun məlumatına görə, Türkiyə lideri iyulun 11-12-də NATO ölkələrinin dövlət və hökumət başçılarının sammitində iştirak edəcək.

Sammitin gündəliyinə Ukraynadakı müharibə ilə yanaşı, NATO-nun üzləşdiyi problemlər də daxildir. Sammit iştirakçıları müasir təhdidlər, o cümlədən terrorizm bütün forma və təzahürləri qarşısında Şimali Atlantika Alyansının müdafiə strukturunun gücləndirilməsi və qarşısının alınması planlarını müzakirə edəcəklər.

Sammit çərçivəsində Türkiyə liderinin bir sıra dövlətlərin rəhbərləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.

Əziz Mustafa, Oxuməni.az