Səfir “Azov” komandirlərinin Türkiyədən geri qayıtmasının təfərrüatlarını açıqlayıb

Səfir “Azov” komandirlərinin Türkiyədən geri qayıtmasının təfərrüatlarını açıqlayıb

10 İyul 2023 18:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar 5 Azov komandirinin Türkiyədən qaytarılmasının təfərrüatlarını açıqlayıb.

Oxuməni.az xəbər verir ki, o bu barədə “Azadlıq” radiosunun efirində danışıb.

Bodnarın sözlərinə görə, Ankara Kiyev qarşısında heç bir şərt irəli sürməyib, əksinə, batalyon komandirlərinin geri qayıtmasında maraqlı olub. “Hərbçilərimizin geri qayıtması ilə bağlı bildiyim hər hansı şərt irəli sürülməyib. Əksinə, bu, sadəcə olaraq Türkiyə tərəfinin vasitəçi mövqeyinin xüsusiyyətidir... Onun rolu vacibdir, çünki bunun sayəsində Türkiyənin qlobal oyunçu kimi mövqeyi yüksəlir”.

Bodnar vurğulayıb ki, “azovitlər”in qayıdışı təkcə “Ukrayna üçün yaxşı jest” deyil, ilk növbədə, bu, Ankaranın Moskva ilə ünsiyyətdə mövqelərinin möhkəmlənməsidir.

O, həmçinin qeyd edib ki, ölkələrin hökumətləri arasında müvafiq danışıqlar bir neçə aydır davam edir. “Prezident Zelenskinin bütün diplomatik avanqardı bu işə qarışıb”, - deyə səfir bildirib.

Əziz Baş Göynüklü