Moldovada Rusiyaya bağlı casus şəbəkəsi məhv edilib

Moldovada Rusiyaya bağlı casus şəbəkəsi məhv edilib

11 İyul 2023 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovada vəziyyətin sabitliyini pozmaq və dövlətdəki siyasi proseslərə təsir göstərmək məqsədilə dövlətə xəyanət və casusluqla məşğul olan agentlər şəbəkəsi ifşa edilərək ləğv edilib.

Oxuməni.az xəbər verir ki, bunu Moldovanın İnformasiya və Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandru Mastiata deyib.

Kəşfiyyat xidmətlərinin məlumatına görə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Moldova və Rusiya Federasiyası vətəndaşlarıdır. Şübhəlilər arasında iki rus da var.

“Biz dövlətə xəyanət və casusluqla məşğul olan agent şəbəkəsini aradan qaldıra bildik. Ölkədə sabitliyi pozmağa hazırlaşan bir qrup şəxsə qarşı dövlətə xəyanət və casusluq maddəsi ilə cinayət işi məhkəməyə təqdim edilib”, - deyə Masiata mətbuat konfransında bildirib.

Xidmət rəisi əlavə edib ki, Rusiya Federasiyasından qeyri-rəsmi transfer şəbəkələri vasitəsilə Moldovaya 500 min dollara yaxın vəsait daxil olub.

Əziz Salamoğlu