Pentaqon ABŞ-ın Suriyadakı hərbi bazalarına əlavə qüvvələr göndərir
Amerika ordusunun hərbi karvanı Əl-Valid keçid məntəqəsindən keçərək İraqdan Suriyaya gedib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, 100-ə qədər maşın YPG yaraqlılarının (PKK-nın Suriya terror qanadı) nəzarətində olan Suriyanın Həsəkə əyalətindəki ABŞ hərbi obyektlərinə istiqamət alıb.
Suriyadakı mənbələrin bildirdiyinə görə, karvanda zirehli texnika, sursat olan yük maşınları və yanacaq daşıyan maşınlar olub. Yük Rumeylan, Şeddadi və Tall Beider bölgələrində ABŞ hərbçiləri üçün nəzərdə tutulub. Maşın karvanı helikopterlərlə havadan mühafizə olunub.
Əziz Salam
Digər xəbərlər