Məşhur müğənnini daşıyan təyyarə sərt enişdən sonra alovlanıb

Məşhur müğənnini daşıyan təyyarə sərt enişdən sonra alovlanıb

10:03
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur Braziliyalı müğənni Rey Vakuerte və heyətini daşıyan Cessna 550 Bravo təyyarəsi Parellasda sərt enişdən sonra alovlanıb. Oxuməni.az xəbər verir ki, bu barədə Shot Telegram kanalının məlumatında deyilir. Qeyd edilir ki, alovlanan təyyarənin göyərtəsində səkkiz nəfər olub.

İş təyyarəsi eniş zamanı dayana bilməyib və uçuş-enmə zolağından çıxıb. Nəticədə hər iki mühərrik alovlanıb. İki pilot, müğənni və heyəti alov təyyarəni əhatə etməzdən əvvəl oranı tərk etməyi bacarıb.

Bəzi sərnişinlər yüngül xəsarətlər alıblar, lakin heç kim ciddi şəkildə zərər görməyib. İlkin məlumatlara görə, sərt enişin səbəbi texniki problemlər olub.

Əziz MUSTAFA