Makrona insan barmağı olan bağlama göndərilib
Yelisey sarayına kəsilmiş insan barmağı anonim məktub gəlib.
Oxuməni.az xəbər verir ki, bu barədə Valeurs Actuelles-ın yaydığı məlumatda deyilir.
Kəsilmiş barmağın kimə mənsub olması müəyyən edilib, lakin həmin şəxsin adı açıqlanmayıb.
İnsan bədəninin bir parçası hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib və onlar onu soyuducuya qoyublar.
Öz növbəsində Fransa prezidentinin təhlükəsizlik xidməti də barmağın sahibini müəyyən edib, ancaq sahibinin adının gizli saxlanılması nəqsədəuyğun hesab edilib.
Yelisey Sarayı hadisə ilə bağlı şərh vermir. İyulun 14-də qeyd olunan milli bayram - Bastiliyanın alınması günü ərəfəsində Emmanuel Makronun iqamətgahına kəsilmiş barmaq olan məktubun gəlməsi Fransanın indiki rəhbərliyinə olan nifrətin nəticəsidir.
Əziz Salamoğlu