Bayden İrlandiya ilə İslandiyanı səhv salıb
ABŞ prezidenti Co Bayden Finlandiya prezidenti Sauli Niinistö ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında ABŞ və Skandinaviya ölkələrinin nümayəndələrinin, o cümlədən İslandiyanın xarici işlər naziri Thordis Kolbrunun və görüşün digər iştirakçılarını sadalayaraq, çaşqınlıq yaradıb.
Oxuməni.az xəbər verir ki, Bayden ölkə adlarını sayarkən İrlandiya ilə İslandiyanı səhv salıb, lakin dərhal da səhvini düzəldib.
Mart ayında Bayden Müqəddəs Patrik Günü şam yeməyi zamanı irland kökləri, eləcə də irlandiyalıların içməsi haqqında zarafat edib. Daha əvvəl ABŞ prezidenti bildirib ki, onun əcdadları İrlandiyanı ABŞ-ın keçmiş prezidenti Barak Obamanın ulu babası Falmut Kerni ilə eyni vaxtda tərk ediblər.
Əziz Salam
Digər xəbərlər