Ağ Ev İranla nüvə sazişində maraqlı deyil
ABŞ hazırda İranla nüvə sazişi üzrə heç bir danışıqlar aparmır.
Oxuməni.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Əgər İran hakimiyyəti nüvə gərginliyini azaltmaq üçün addımlar atmağa başlasa, bu, region və bizim milli maraqlarımız üçün yaxşı olacaq... Hazırda isə bununla bağlı tərəflər arasında heç bir razılaşma yoxdur”, -deyə Kirbi "Fox News"a müsahibəsində bununla bağlı suala cavab verib.
O deyib ki, İran razılaşmasına qayıtmaq hazırda bizim əsas gündəmimizdə deyil.
Kirbi əlavə edib ki, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin bu əlaqələr ABŞ-ın İranda saxlanılan amerikalıları geri qaytarmaq cəhdləri ilə bağlıdır.
Əziz Göynüklü
Digər xəbərlər