Vaqner" məhbusları ordudan tərxis edib
Vaqner PMC komandanlığı Ukraynadakı müharibəyə cəlb edilmiş məhbusların vətənə qayıtmasına icazə verib.
Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Nəşrlərdən biri məsələ ilə bağlı PMC-lərlə əlaqəli şəxsi çatlardakı mesajları tədqiq edib. Məlum olub ki, hazırda Vaqner məhkumları Anapa otellərində əfv gözləyirlər. Əksəriyyəti müqavilənin bitdiyi gün sərbəst buraxılacaq, lakin bəzilərinin daha erkən ayrılmasına icazə veriləcək.
“Həyat yoldaşım zəng edib dedi ki, bir həftədən sonra onların hamısı evə göndəriləcək, əfv gəlib. Hətta müqaviləsi avqustda bitənlər də evlərinə tez gedəcəklər”, -deyə muzdlulardan birinin həyat yoldaşı yazır.
Nəşrin məlumatına görə, keçmiş məhbuslar Vityazevo kəndində Relax, Cactus və Calypso otellərində yaşayırlar. Çatların birində bildiriblər ki, hazırda mehmanxanalarda 400-ə yaxın Vaqnerçi var, onlara otel ərazisini tərk etmək qadağandır. Keçmiş məhbuslardan bəziləri vəhşi həyat sürürlər, onlar nəzarətsiz şəkildə spirtli içki qəbul edirlər.
Əziz Salamoğlu


































.jpg)
















































