Ərdoğan BMT-yə müraciət edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT-yə müraciət edib. O BMT rəhbərliyini Şimali Kipr Türk Respublikasının (ŞKTC) dövlətçiliyini tanımağa çağırıb.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatının yaydığı məlumatda deyilir.
Ərdoğan Şimali Kiprə səfəri zamanı deyib ki, Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Onun sözlərinə görə, Kipr türkləri gələcəyə daha böyük ümidlə baxırlar.
"Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrar edirəm: adanın reallıqlarından üz döndərməyin və ən qısa zamanda ŞKTC-ni tanıyın. Kipr türklərinin suveren bərabərliyi və bərabər beynəlxalq statusu tanınmayana qədər yeni danışıqlar prosesindən söhbət gedə bilməz”,- deyə Ərdoğan vurğulayıb.
Əziz Mustafa
Digər xəbərlər