Çinin yeni xarici işlər naziri Türkiyəyə səfər edəcək

Çinin yeni xarici işlər naziri Türkiyəyə səfər edəcək

26 İyul 2023 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Çinin yeni xarici işlər naziri Vanq Yi Türkiyəyə səfər edəcək. Danışıqların gündəliyinə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər daxildir.

Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində məlumat yayıb.

“Türkiyə və Çinin xarici işlər nazirləri Hakan Fidan və Vanq Yi arasında keçiriləcək danışıqlarda ikitərəfli münasibətlərin bütün aspektləri, aktual regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır”, - deyə məlumatda bildirilir.

Əziz Baş Göynüklü