Nigerdə ​​hərbçilər prezidentin devrilməsini elan edib və sərhədləri bağlayıb

Nigerdə ​​hərbçilər prezidentin devrilməsini elan edib və sərhədləri bağlayıb

27 İyul 2023 11:25
Bəyəndim (0) Bəyənmədim (0)

Niger hərbçiləri bildiriblər ki, ölkə prezidenti Məhəmməd Bazum vəzifəsindən kənarlaşdırılıb, ölkə sərhədləri bu gündən etibarən bağlanıb.

Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” hərbçilərin milli televiziyada verdiyi açıqlamaya istinadən məlumat yayıb.

"Ölkənin sərhədləri bağlıdır, ümummilli komendant saatı elan edilir", - deyə agentlik hərbçilərin sözlərindən sitat gətirib.

Yerli “Jeune Afrique” portalının mənbəyə istinadən verdiyi məlumata görə, Bazum öz iqamətgahında prezidentin mühafizəsinin üzvləri tərəfindən saxlanılıb. Prezident qvardiyasına general Ömər Çiani rəhbərlik edir. Jeune Afrique "mötəbər mənbələrə" istinadən aydınlıq gətirir ki, Bazum son günlər onu vəzifəsindən uzaqlaşdırmağı düşünür. Çiani bu vəzifədə Nigerin əvvəlki prezidenti Mahamadou İssufudan bəri çalışır.

Niger Qərbi Afrikada dənizə çıxışı olmayan bir dövlətdir. Ölkənin əhalisi təxminən 25 milyon nəfər, ümumi sahəsi 1,267 milyon kvadratmetrdir. Niger ərazisinə görə dünyada 21-ci yerdədir.

Əziz Salamoğlu