Denis Qonçar: Abxaziya və Cənubi Osetiya Gürcüstan tərkibinə qaytarılmayacaq
Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib ki, Rusiya ilə Gürcüstan arasında nə reyslərin, nə də Rusiya və Gürcüstan arasında ticarət-iqtisadi əlaqələrin bütün digər komponentlərinin mövcud sanksiyalar rejimini pozmamasına baxmayaraq, Qərb ölkələri Tbilisiyə açıq təzyiq göstərirlər.
Oxuməni.az xəbər verir ki, bu barədə TASS-ın yaydığı məlumatda deyilir.
Eyni zamanda, rusiyalı diplomat qeyd edib ki, Gürcüstanla Rusiya arasında hava hərəkətinin bərpasına baxmayaraq, “Abxaziya və Cənubi Osetiyanın suverenliyi bir sıra dövlətlər tərəfindən tanınır və ona yenidən baxılmır”.
Diplomat açıq şəkildə Rusiyanın Abxaziya və Cənubi Osetiyanın qardaş xalqları ilə uzunmüddətli müttəfiqlik münasibətləri qurmağa yönəldiyini” ifadə edərək, Rusiyanın onlarla uzun tarixi əlaqələri olduğunu və Moskvanın bu mövqeyinin dəyişməyəcəyini qeyd edib.
Qonçar həmçinin bəyan edib ki, Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınmasının 15 illiyinə ciddi hazırlaşır.
Əziz Mustafa




























































.jpg)
.jpg)
.jpg)



















