Məhkəmə Ukraynadakı müharibə ilə razılaşmayan 16 yaşlı Rusiya vətəndaşını geri verməkdən imtina edib
Qərbi Qazaxıstan Vilayət Məhkəməsinin Apelyasiya Şurası ötən payız Qazaxıstana gələn 16 yaşlı Rusiya vətəndaşı Timur Turkovun deportasiya qərarını ləğv etdi.
Bu barədə Oxuməni.az Qazaxıstan mediasına istinadən məlumat yayıb. Yeniyetmənin nənəsi məhkəmə iclasında iştirak edib. Hakimin suallarına cavab olaraq, Rusiyaya qayıtsa, onun həyatı təhlükədə ola biləcəyini bildirib.
Timur Turkov ötən il sentyabrın 12-də Komi Respublikasından Qazaxıstana gəlib. O, avtostopla sərhədi piyada keçib. Onun sözlərinə görə, sərhədi keçdikdən sonra gecə təxminən 17 kilometr məsafə qət edərək sərhəd kəndi Astafevoya piyada gedib və orada sərhəd xidmətinə zəng etməyi istəyib.
Yeniyetmə əvvəlcə Maxambet sərhəd məntəqəsinə, daha sonra Uralska aparılıb və xüsusi sosial xidmətə ehtiyacı olan uşaqlar üçün mərkəzə yerləşdirilib. Daha sonra o, sərhədi qanunsuz keçməkdə ittiham olunub.
Dekabr ayında məhkəmə yeniyetmənin Qazaxıstandan deportasiyasına qərar verib, ölkəyə beş il müddətinə girişinə qadağa qoyub və altı ay müddətinə azadlıq məhdudiyyəti tətbiq edib. Turkov və vəkili bu qərardan apellyasiya şikayəti veriblər. Prokurorluq həmçinin deportasiyanın ləğvi üçün vəsatət qaldırıb.
BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Mariana Katsarova Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə məktub göndərərək Ukraynadakı müharibə və cəmiyyətin hərbiləşdirilməsi ilə bağlı narazılığı səbəbindən ölkəni tərk edən yetkinlik yaşına çatmayan Rusiya vətəndaşını deportasiya etməməyi xahiş edib. Bundan sonra məhkəmə yeniyetmənin Rusiyaya deportsiya edilməsi barədə qərarını ləğv edib.
Əziz MUSTAFA

























































.jpg)
.jpg)
.jpg)





















