Tramp İranı yenidən sərt şəkildə hədələdi: Bu dəli alçaqların taleyinin necə olacağını özünüz görəcəksiniz
ABŞ, İsrail və İran arasındakı müharibə 14-cü gününə qədəm qoyarkən prezident Donald Tramp daha bir təhdid etdi. Tramp İrana işarə edərək dedi: "Bu dəli alçaqların taleyinin necə olacağını özünüz görəcəksiniz".
Trampın bu təhdidininİranın yeni dini lideri Müctəba Xameneinin "bütün qan tökülməsinin qisası alınacaq" açıqlamasından sonra gəlməsi diqqət çəkir.
Donald Tramp sosial media paylaşımında İrana qarşı yeni təhdidlər etdi. İranın dəniz və hava qüvvələrinin məhv edildiyi iddiasını təkrarlayan Tramp, Tehranın əlində olan raketlərin, dronların və digər aktivlərin məhv edilməsinin davam etdiyini bildirdi.
Tramp dedi: "Bizim misli görünməmiş hərbi gücümüz, limitsiz sursatımız və çoxlu vaxtımız var. Bu gün dəli, çirkli insanların başına nə gələcəyini görəcəksiniz."
Əziz MUSTAFA



















































.jpg)
.jpg)
.jpg)



























