Tehranda keçirilən mitinq yaxınlığında partlayışlar baş verib, çoxlu sayda ölənlər və yaralananlar var
İranın paytaxtı Tehranda keçirilən "Qüds Günü" yürüşü zamanı mitinq yerinin yaxınlığında partlayışlar baş verib.
İsrail ordusu farsca məlumatında Tehranın müəyyən ərazilərinin qırmızı rənglə işarələndiyini göstərən üç xəritə dərc etdi. Ordu raket zərbələrindən öncə Çaharrah-i Veliyasr (Şəhər Teatr Meydanı), Meydan-i Tovhid və Villas məhəllələrindəki xəritələrdə işarələnmiş ərazilərin dərhal boşaldılmasını əmr etmişdi.
Hücum təhdidinin edildiyi ərazi, Tehran Universiteti ilə Şəhər Teatr Meydanı arasında, Qüds Günü Yürüşünün keçirildiyi yerdir və insanlar ərazidə toplaşıblar. İsrailin hücum təhdidindən qısa müddət sonra mitinq yerinin yaxınlığında partlayışlar baş verib,çoxlu sayda ölənlər və yaralananlar var.
Bölgədən gələn videolarda yürüş zamanı partlayış baş verdiyi və tüstü qalxdığı görünür. Partlayışdan sonra izdihamdan "Allahu Əkbər" qışqırıqları eşidilib.
Xatırladaq ki, hər il Ramazan ayının son cümə günü Fələstinlə həmrəylik nümayiş etdirmək və İsrailin Qüdsü işğal etməsinə etiraz etmək üçün dünyanın hər yerində etiraz günü keçirilir. Qüds Günü yürüşü zamanı Tehran xalqı şəhərin əsas küçələrində toplaşır və İran bayraqları ilə Tehran Universitetinə doğru yürüş edir.
Əziz MUSTAFA

























































.jpg)
.jpg)
.jpg)





















