NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı: ABŞ İrana edilən yardıma sərt cavab verəcək
NATO-nun Avropadakı Ali Müttəfiq Komandanı general Aleksus Qrinkeviç bildirib ki, ABŞ İrana hərbi yardım göstərən istənilən tərəfə sərt cavab verməyə hazırdır. Bu barədə Reuters məlumat yayıb
."Kimsə, hər hansı bir şəkildə Amerika hərbçilərini təhlükəyə atdıqda, inanıram ki, sərt cavab verməliyik... Əminəm ki, ABŞ qüvvələrini hədəf almaqda iranlılara kömək edən hər kəsə qətiyyətlə cavab verəcəyik", - deyə cənab Qrinkeviç Senatdakı dinləmədə bildirib.
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkov 8 martda Rusiya hakimiyyətindən İranla kəşfiyyat məlumatlarını paylaşmamağı xahiş etdiyini bildirib. Daha sonra o, Rusiya tərəfinin ona Tehranla kəşfiyyat məlumatlarını paylaşmadığına dair zəmanət verdiyini aydınlaşdırıb.
Əziz MUSTAFA
Digər xəbərlər

































.jpg)
.jpg)
.jpg)













































