Türkiyə mart ayının sonuna kimi Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib
RİA Novosti diplomatik mənbəyə istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların mart ayının sonuna qədər Türkiyə ərazisində keçiriləcəyini gözləyir.
"Bunun çox tezliklə, bu ay ərzində baş verəcəyini gözləyirik", - agentliyin mənbəsi bildirib. Türkiyənin xarici işlər naziri Hakan Fidan əvvəllər ölkənin danışıqlar üçün bir daha məkan təmin etməyə hazır olduğunu bildirmişdi.
2025-ci ildə Rusiya və Ukrayna İstanbulda üç raund danışıqlar keçiriblər. 2026-cı ilin əvvəlində Səudiyyə Ərəbistanında Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqlarının iki raundu, digəri isə İsveçrədə keçirilib. Dördüncü görüşün keçiriləcəyi yer Ər-Riyad seçilib. Yaxın Şərqdə hərbi münaqişənin başlamasından sonra danışıqlar aparan tərəflər danışıqları başqa yerə keçirmək planlarını açıqlayıblar.
Əziz MUSTAFA



















































.jpg)
.jpg)
.jpg)



























