Hələb hava limanı sıradan çıxarılıb

Hələb hava limanı sıradan çıxarılıb

28 Avqust 2023 15:55
Bəyəndim (0) Bəyənmədim (0)

Suriya Müdafiə Nazirliyi İsraili Hələb hava limanına raket hücumu həyata keçirməkdə ittiham edib. Bu barədə SANA agentliyi departamentin rəsmi açıqlamasına istinadən xəbər verir.

Hücum yerli vaxtla saat 4:30-da baş verib. Zərbə Aralıq dənizindən dəyib. Nəticədə hava limanına ciddi ziyan dəyib və istismardan çıxarılıb.

Bu hadisə artıq bu ilin əvvəlindən İsrailin Suriya ərazisinə 22-ci raket hücumu olub.

Son zamanlar Suriya tez-tez hava məkanını pozması və İsrail tərəfindən atəşə tutulması barədə məlumat verir.

Avqustun 22-də Suriya Müdafiə Nazirliyi rəsmi olaraq İsraili idarə olunan raketlərdən istifadə etməklə Dəməşq yaxınlığındakı hədəflərə hücum etməkdə ittiham edib. İdarənin məlumatına görə, bu hücum nəticəsində bir əsgər yaralanıb.

Avqustun 7-də atışma nəticəsində 4 hərbçinin ölümü qeydə alınıb. Daha dörd nəfər yaralanıb.

Əziz Mustafa