Türkiyə İranın ballistik raketlərini vurmaq üçün Malatyada "Patriot" Hava Hücumlarından Müdafiə Sistemi yerləşdirib

Türkiyə İranın ballistik raketlərini vurmaq üçün Malatyada "Patriot" Hava Hücumlarından Müdafiə Sistemi yerləşdirib

12:35
Bəyəndim (3) Bəyənmədim (0)

İrandan atılan raketlər Türkiyə hava məkanında zərərsizləşdirildikdən sonra Milli Müdafiə Nazirliyi Patriot Hava Müdafiə Sisteminin Malatyada yerləşdirildiyini açıqladı.

Bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib: "Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO hava və raket müdafiə tədbirlərini artırıb. Bu kontekstdə hava məkanımızın müdafiəsini dəstəkləmək üçün təyin olunmuş "Patriot" sistemi Malatyada yerləşdirilib."
ABŞ, İsrail və İran arasında 11 günlük müharibə zamanı Türkiyə hava məkanında iki İran raketi zərərsizləşdirilib. Ardıcıl raket buraxılışlarından sonra Milli Müdafiə Nazirliyi hava məkanımızın müdafiəsini dəstəkləmək üçün təyin olunmuş Patriot sisteminin Malatyada yerləşdirildiyini açıqladı.

Milli Müdafiə Nazirliyi bildirib: "Silahlı Qüvvələrimizin ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək əzmi tamamilə sarsılmazdır. Bölgəmizdəki son hadisələrə cavab olaraq, sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür və NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Milli səviyyədə görülən tədbirlərə əlavə olaraq, NATO tərəfindən təyin edilmiş hava və raketdən müdafiə tədbirləri gücləndirilib. Bu kontekstdə hava məkanımızın qorunmasını dəstəkləmək üçün təyin olunmuş Patriot sistemi Malatyaya yerləşdirilir. Ölkəmiz müdafiə və təhlükəsizlik məsuliyyətlərini ən yüksək səviyyədə qoruyaraq, NATO və müttəfiqlərimizlə əməkdaşlıq və məsləhətləşmələrdəki inkişafları qiymətləndirməyə və regional sülh və sabitliyə səy göstərməyə davam edəcək."

Əziz MUSTAFA