Hollandiya Aralıq dənizində missiyada iştirak etmək üçün bir freqat göndərmək qərarına gəlib

Hollandiya Aralıq dənizində missiyada iştirak etmək üçün bir freqat göndərmək qərarına gəlib

12:23
Bəyəndim (1) Bəyənmədim (0)

Hollandiya hökuməti Yaxın Şərqdəki döyüşlər zamanı Krallığın Aİ və NATO müttəfiqlərini qorumaq üçün bir missiyada iştirak etmək üçün Zr. Ms. Evertsen freqatını Şərqi Aralıq dənizinə göndərmək qərarına gəlib. Bu barədə NOS televiziya kanalı müdafiə naziri Dilan Yeşilgöz-Zegerius və xarici işlər naziri Tom Berendsenin Hollandiya parlamentinə göndərdiyi məktuba istinadən məlumat verib.

Nazirlər Kabineti üzvləri qanunvericilərə gəminin Yaxın Şərqdə davam edən münaqişə zamanı Kipr və Türkiyə də daxil olmaqla regiondakı ölkələri qorumaq üçün yerləşdiriləcəyini bildiriblər. Bundan əlavə, Hollandiya freqatı Aralıq dənizində fəaliyyət göstərən digər müttəfiq gəmilərinin təhlükəsizliyini təmin etmək vəzifəsi daşıyacaq. Xüsusilə, missiya Fransa təyyarədaşıyan gəmisi Şarl de Qoll və onun gəmilər qrupunu müşayiət etməklə bağlıdır.

Qeyd olunur ki, göyərtəsində təxminən 170 hərbçi olan freqat əvvəllər Baltik dənizində "Şarl de Qoll" təyyarədaşıyan gəmisi ilə təlimlərdə iştirak edib. Gəmilər hazırda Malta yaxınlığında yerləşir.

Nazirlər Kabineti Hollandiyanın iştirakını "məhdud müdafiə əməliyyatı" kimi təsvir edir. Missiyanın təxminən aprelin əvvəlinə qədər, bir neçə həftə davam etməsi gözlənilir.

4 martda Berendsen və Yeşilgöz parlamentə göndərdikləri məktubda hökumətin Şərqi Aralıq dənizində zərbə qrupunun bir hissəsi kimi freqat yerləşdirmə ehtimalını araşdırdığını bildiriblər.

Əziz Mustafa