İran İraqdakı "Xarir" ABŞ hərbi bazasına raket zərbələri endirib

İran İraqdakı "Xarir" ABŞ hərbi bazasına raket zərbələri endirib

12:37
Bəyəndim (2) Bəyənmədim (0)


Tehran İraq Kürdüstanındakı "Xarir" ABŞ hərbi bazasına zərbələr endirib. Oxuməni.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidməti məlumat yayıb. Obyektə ümumilikdə beş raket atılıb. Hərbçilər bunun nə vaxt baş verdiyini dəqiqləşdirməyiblər.
Vaşinqtonun başçılıq etdiyi beynəlxalq anti-terror koalisiyasının "Xarir" bazası İraqın şimalında, Ərbil Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Yaxın Şərqdə eskalasiyanın başlamasından bəri baza dron və raketlərlə hücum cəhdlərinə dəfələrlə məruz qalıb.
Daha əvvəl bildirilmişdi ki, Türkiyə ölkənin şərqindəki Malatya əyalətinə "Patriot" ZRK yerləşdirib. Respublikanın Müdafiə Nazirliyi bunu Yaxın Şərq münaqişəsi fonunda dövlətin hava məkanının təhlükəsizliyini gücləndirmək zərurəti ilə izah edib.
Almaz Həsənli