Daha bir Afrika ölkəsində çevriliş baş verib
AFP xəbər verir ki, Qabon hərbçiləri televiziya vasitəsilə prezident seçkilərinin nəticələrinin və dövlət qurumlarının ləğv edildiyini bəyan ediblər.
Qabon prezidenti Əli Bonqonun yenidən seçildiyi rəsmi elan edildikdən sonra bir qrup hərbçi milli televiziyaya çıxıb. Qabon ordusu adından bəyanatı efirdə leytenant Ondo Obianq Kelli oxuyub. Hərbçilər səsvermənin nəticələrinin və bütün dövlət qurumlarının ləğv edildiyini açıqlayıblar. Bundan əlavə, sərhədlər bağlanıb. AFP-nin məlumatına görə, müxtəlif güc strukturlarının, o cümlədən Praetoriya Qvardiyası, milli ordu və polisin nümayəndələri birgə ölkədə dövlət çevrilişi elan ediblər. Onlar Qabonun beynəlxalq öhdəliklərindən əl çəkmədiyini vurğulayıblar. Bu arada isə Qabonun paytaxtı Librevildə atışma səsləri eşidilib.
Bundan əvvəl 2009-cu ildən bu vəzifədə olan 64 yaşlı prezident Əli Bonqo Ondimba son seçkilərdə 64,27% səs toplayıb və bununla da üçüncü müddətə yenidən seçilib. Onun əsas rəqibi olan iqtisad professoru Albert Ondo Ossa rəsmi rəqəmlərə görə 30,77% toplayıb. Müxalifət prezidenti seçki pozuntularında ittiham edib. Səsvermə beynəlxalq müşahidəçilərin iştirakı olmadan, bütün ştatda komendant saatı və internetə çıxışın dayandırılması şəraitində keçirilib. Bəzi seçki məntəqələri çox gec açılıb.
Əziz Baş Göynüklü



























































.jpg)
.jpg)
.jpg)




















