NATO sammitində iştirakına görə Rusiya Ermənistana xəbərdarlıq edib
Rusiya Ermənistanın Vaşinqtonda keçirilən NATO sammitində iştirakından təəssüflənir. Bunu RİA Novosti agentliyinə müsahibəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Diplomat xatırladıb ki, Ermənistan hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olaraq qalır və hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərin iştirakçısıdır.
Qaluzin sözlərinə görə, onlar Ermənistanın narahatlığını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, başqa yol seçiblər. İndi respublika NATO standartlarının tətbiqi, silahların alınması və ya birgə döyüş hazırlığı tədbirlərinin keçirilməsi baxımından NATO və ya alyansın ayrı-ayrı üzvləri ilə qarşılıqlı əlaqəni artırmağa üstünlük verir, Rusiya XİN rəhbərinin müavini qeyd edib.
“Məqsədi Rusiyanın “strateji məğlubiyyəti” olanlarla belə bir sürətlə əməkdaşlığı dərinləşdirməklə, İrəvan öz əlləri ilə Cənubi Qafqazda vəziyyəti ciddi şəkildə destabilləşdirməyə və öz təhlükəsizliyinə zərər vura bilər”, - Qaluzin bildirib.
Qaluzin Ermənistanı həm də “iki stulda oturmaq” cəhdində ittiham edib.
Oxuməni.az