Donald Trampa sui-qəsdi iran hazırlayıb

Donald Trampa sui-qəsdi iran hazırlayıb

17 İyul 16:02
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ hakimiyyəti son həftələrdə İranın Donald Trampa sui-qəsd planı barədə kəşfiyyat məlumatı əldə edib, CNN mənbələrə istinadən yazır.

Telekanalın qeyd etdiyi kimi, İranla iyulun 13-də Trampa sui-qəsd cəhdi edən Tomas Metyu Kruks arasında heç bir əlaqə yoxdur.

CNN xəbər verir ki, alınan kəşfiyyat hesabatlarına əsasən, ABŞ Məxfi Xidməti bir neçə həftə əvvəl Donald Trampın təhlükəsizlik tədbirlərini gücləndirib. ABŞ prezidentliyinə namizədə xəbərdarlıq edilib ki, onun küçə aksiyaları keçirməsi arzuolunmazdır. Eyni zamanda, mənbələrin məlumatına görə, hansısa məqamda Gizli Xidmət Donald Trampla görüşlərdə qonaqları yoxlamağı dayandırıb.

CNN qeyd edir ki, İran rəsmiləri 2020-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin öldürülməsinə görə ABŞ ordusundan qisas almağa hazır olduqlarını dəfələrlə bəyan ediblər. Donald Tramp həmin vaxt ABŞ-ın prezidenti idi. Kanalın həmsöhbətləri iddia edirlər ki, son vaxtlar alınan kəşfiyyat məlumatları Trampa qarşı təhdidlərin artdığını göstərir.

CBC xəbər verir ki, İranın BMT-dəki missiyası Trampa qarşı sui-qəsd iddialarını “əsassız və zərərli” adlandırıb. Onlar əlavə ediblər ki, ölkə “ədaləti bərpa etmək üçün qanuni yollar” axtarır.

İyulun 13-də Pensilvaniyada Donald Trampın mitinqində atışma baş verib. Güllə prezidentliyə namizədin qulağına dəyib. Atışma zamanı bir nəfər ölüb, daha iki nəfər isə ağır yaralanıb. 20 yaşlı atıcı Tomas Metyu Kruks Məxfi Xidmət tərəfindən öldürülüb.

Oxuməni.az