Ukrayna ilə Rusiya arasında əsirlərin mübadiləsi həyata keçirilib
Danışıqlar prosesi nəticəsində əsirlikdə olan 95 rusiyalı hərbçi Ukraynanın nəzarətində olan ərazidən geri qaytarılıb. Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin (AFU) 95 hərbi qulluqçusu qarşı tərəfə qaytarılıb.
Əsirlərin mübadiləsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vasitəçi qismində çıxış edib.
İyulun 14-də Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets bildirib ki, Ukrayna tərəfi Rusiya ilə hərbi əsir qadınların “böyük mübadiləsi” aparmağa hazırlaşır. Onun sözlərinə görə, BƏƏ Ukraynaya mübadilə hazırlığında kömək edir.
Eyni zamanda, bir neçə gün əvvəl - iyulun 9-da Lubinets çoxlu sayda hərbi əsirlərin dəyişdirilməsi imkanını istisna etdi. Ombudsman izah edib ki, buna əsir düşən rus və ukraynalı əsgərlərin sayındakı fərq təsir edir.
Əvvəllər Rusiya və Ukrayna arasında 90-90 formatında hərbi əsir mübadiləsi aparılırdı.
Oxuməni.az