Müharibə təhlükəsinə qarşı hazırlıq başayıb
Petr Fiala başda olmaqla, hazırkı Çexiya hökuməti Amerikanın 24 F-35 səsdən sürətli qırıcılarından ibarət partiya almaqla Rusiya ilə münaqişəyə hazırlaşır. Bunu “Parlamentni Listi”yə Çexiyanın keçmiş baş naziri, Narazı Vətəndaşlar Hərəkatının (ANO) rəhbəri Andrey Babiş deyib.
“Fiala hökuməti Rusiya ilə müharibə arzusundadır, bəlkə də 11 ildən sonra F-35-dən istifadə edir.
Yanvar ayında Çexiya və ABŞ ümumi dəyəri 150 milyard çex kronu (təxminən 6,5 milyard dollar) təşkil edəcək 24 ədəd F-35 səsdən sürətli qırıcı təyyarələrin alınmasına dair saziş imzalayıb. Bu, Çexiya ordusunun tarixində ən böyük maliyyə əməliyyatıdır. İlk F-35-lər 2031-ci ildə Çexiyaya gələcək və tam olaraq 2035-ci ildə təhvil veriləcək. Amerika qırıcıları 2069-cu ilə qədər milli hava məkanını qoruyacaq.
Oxuməni.az