Mahmud Abbas avqustun 12-14-də Rusiya Federasiyasına səfər edəcək

Mahmud Abbas avqustun 12-14-də Rusiya Federasiyasına səfər edəcək

19 İyul 11:08
Bəyəndim (0) Bəyənmədim (0)


Fələstin prezidenti Mahmud Abbas avqustun 12-14-də Rusiya Federasiyasına səfər edəcək, avqustun 13-də isə onun Rusiya prezidenti Vladimir Putinlə görüşü planlaşdırılır. Bu barədə RİA Novosti mənbələrə istinadən xəbər verir.

“Putinlə danışıqlar avqustun 13-də planlaşdırılır”, - deyən mənbə Abbasın avqustun 12-də Moskvaya gələcəyini və avqustun 14-də gedəcəyini qeyd edib.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası Yaxın Şərqdəki vəziyyət və Fələstinin BMT sıralarına daxil olması ilə bağlı “səmimi söhbətə” başlamağı zəruri hesab edir.

O qeyd edib ki, Rusiya Fələstinin BMT-yə üzvlüyünü dəstəkləyir, necə ki, ötən əsrdə SSRİ İsrailin təşkilata üzv olmasını təsdiqləyib. Lavrov xatırladıb ki, bu günə kimi 150-yə yaxın dövlət Fələstinin suverenliyini tanıyır.

Bundan əvvəl Rusiya ABŞ-ın Qəzzada atəşkəs planının həyata keçirilmədiyini bildirmişdi.
Oxuməni.az