Venesuelada demokratiyaya olan ümidlər boşa çıxır

Venesuelada demokratiyaya olan ümidlər boşa çıxır

9 Sentyabr 08:05
Bəyəndim (0) Bəyənmədim (0)

Şənbə günü, sentyabrın 7-də Venesuela müxalifətinin lideri Edmundo Qonzales təhlükəsizliyinə və azadlığına təhdidlər səbəbindən ölkəni tərk edib. Bu xəbər Venesuelanı və bütün dünyanı təəccübləndirdi.

Bu barədə The New York Times xəbər verir.

Məlumata görə, 2024-cü ilin iyulunda keçirilən mübahisəli prezident seçkilərindən əvvəl Venesuelada aylarla repressiyalara əl atılıb..

Bu seçkilərin nəticələrindən sonra ölkənin Seçki Şurası 2013-cü ildən hakimiyyətdə olan hazırkı prezident Nikolas Maduronu yarışın qalibi elan edib. Müxalifət də öz növbəsində bildirib ki, səslərin 90%-nin hesablamalarına görə, onların namizədi Edmundo Qonzales qalib gəlib.

Səsvermə başa çatdıqdan sonra Maduronun avtoritar hökuməti tərəfindən qəddar repressiyalar baş verdi.

Oxuməni.az