Misir  İsrail və HƏMAS arasında iki günlük atəşkəs təklif edib

Misir İsrail və HƏMAS arasında iki günlük atəşkəs təklif edib

28 Oktyabr 2024 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Misir Qəzza zolağında saxlanılan 4 girovun azad edilməsi üçün İsrail və HƏMAS arasında iki günlük atəşkəs təklif edib.

Bazar günü Qahirədə çıxış edən ölkə prezidenti Əbdülfəttah əs-Sissi iki günlük atəşkəs elan etməyi təklif edib. Təklifdə bəzi fələstinli məhbusların azad edilməsi və anklavlara humanitar yardımın çatdırılması da daxildir.

Misir lideri bildirib ki, təklif "vəziyyəti ölü nöqtədən çıxarmaq" məqsədi daşıyır. O bildirib ki, iki günlük atəşkəs qüvvəyə mindikdən sonra onun daimi olması üçün danışıqlar davam etdiriləcək.

Oxuməni.az