Parisli kişi xeyriyyə lotereyasında 1 milyon avro dəyərində Pikasso əsərini qazanıb
Paris sakini xeyriyyə lotereyasında 1 milyon avrodan (təxminən 2 milyon manatdan çox-red.) çox dəyəri olan Pablo Pikassonun orijinal tablosunu qazanıb. Oxuməni.az xəbər verir ki, bu barədə BBC rus xidməti məlumat yayıb.
Mühasib və incəsənət həvəskarı Ari Hodara, Parisdəki Christie's hərrəmat evi ilə videozəng zamanı qalibiyyətindən xəbər tutub.
"Bunun bir zarafat olmadığını haradan bilə bilərəm?" - deyə 58 yaşlı kişi, 1941-ci ildə çəkilmiş ispan ustadının əsərinin yeni sahibi olduğunu bildirdikdə soruşub.
Təşkilatçılar bildiriblər ki, Alzheimer xəstəliyinin tədqiqi üçün təxminən 11 milyon avro toplamaq məqsədilə hər biri 100 avroya satılan 120.000-dən çox bilet satılıb.
Bu lotereya 2013-cü ildə təsis edilmiş "100 avroya bir Pikasso" xeyriyyə lotereyasının üçüncü buraxılışı olub.
Bu il qalibə Pikassonun imzası olan üslubda, kağız üzərində qara mürəkkəblə çəkilmiş portret olan "Qadın başı" (Tête de femme) əsəri qismət olub.
Əsərdə onun tərəfdaşı və ilham pərisi, fransız sürrealist rəssamı Dora Maar (Henrietta Teodora Markoviç) təsvir olunub.
Kişinin 94 715 nömrəli bileti olub. O, müsabiqə haqqında təsadüfən öyrəndiyini və bileti həftə sonu aldığını bildirib.
Fransız jurnalist Peri Koşen, Pikasso ailəsinin və fondunun dəstəyi ilə lotereyanı təşkil edib.
Onun sözlərinə görə, biletlər dünyanın onlarla ölkəsində satılmasına baxmayaraq, qalibin Parisdə yaşaması çox xoşdur.
"Tablonu çatdırmaq bizim üçün çox asan olacaq, buna görə də biz çox şadıq", - deyə o bildirib.
Pablo Pikasso ömrünün böyük hissəsini Parisdə yaşayıb və işləyib, Paris muzeylərində isə rəssamın minlərlə tablosu, qravürləri və heykəlləri sərgilənir.
Toplanmış vəsaitin 1 milyon avrosu tablonun sahibi olan London Opera Qalereyasına, qalan vəsait isə Fransa Alzheimer Xəstəlikləri Tədqiqat Fonduna ianə ediləcək.
Almaz Həsənli






























































































