İndoneziyada göyərtəsində səkkiz nəfərin olduğu vertolyot yoxa çıxıb
İndoneziyanın Qərbi Kalimantan əyalətində göyərtəsində səkkiz nəfərin olduğu vertolyot radarlardan yoxa çıxıb. Bu barədə Agence France-Presse yerli axtarış və xilasetmə agentliyinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, yerli aviaşirkət Matthew Air Nusantara tərəfindən idarə olunan vertolyot bölgədəki şəhərlər arasında uçuş həyata keçirirdi. Təyyarə ilə əlaqə havaya qalxdıqdan qısa müddət sonra kəsilib. Göyərtədə iki heyət üzvü və altı sərnişin olub.
İndoneziya hakimiyyəti vertolyotun yoxa çıxdığı güman edilən əraziyə təxminən 20 xilasedici göndərib. Əməliyyatda İndoneziya Hərbi Hava Qüvvələrindən bir vertolyot da iştirak edir.
Əziz MUSTAFA
Digər xəbərlər



















































































