CENTCOM İran limanlarının tam şəkildə blokadaya alındığını bildirib

CENTCOM İran limanlarının tam şəkildə blokadaya alındığını bildirib

10:36
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper son 36 saat ərzində İranın dəniz ticarətini dayandırdığını iddia edir.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper İran limanlarını uğurla blokladığını iddia edir. Bəyanat komandanlığın rəsmi X səhifəsində dərc edilib.

"Amerika qüvvələri Yaxın Şərqdə dəniz üstünlüyünə nail olduğundan, İran limanlarının blokadası uğurla qurulub", - deyə admiral bildirib.

Onun sözlərinə görə, ABŞ son 36 saat ərzində İranın dəniz ticarətini dayandırmağa müvəffəq olub.

ABŞ və İsrail 28 fevralda İrana qarşı genişmiqyaslı əməliyyata başlayıblar. 7 apreldə ABŞ prezidenti İslam Respublikası ilə iki həftəlik atəşkəs elan edib. 11 apreldə İran və ABŞ İslamabadda bir neçə danışıqlar raundu keçiriblər. İran nümayəndə heyətinə Parlament sədri Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident J.D. Vens rəhbərlik edirdi. Tehran və Vaşinqtonun sonradan bildirdiyi kimi, tərəflər bir sıra fikir ayrılıqlarına görə münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilməyiblər. Yeni məsləhətləşmələr mərhələsinin baş tutub-tutmayacağı hələlik məlum deyil. ABŞ 13 apreldə İrana qarşı dəniz blokadası tətbiq edib.

Əziz MUSTAFA