Reuters: ABŞ-dan qovulan miqrantlar həftənin sonuna qədər Konqo Demokratik Respublikasına gətiriləcəklər
Reuters mənbələrə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikası ABŞ-dan deportasiya edilən ilk miqrantlarını aprelin 17-də qəbul edəcək. Agentliyin məlumatına görə, qrupun sayı 37 ilə 45 arasında olacaq. Onlar Kinşasanın əsas hava limanının yaxınlığındakı oteldə yerləşdiriləcəklər.
Agentlik miqrantların Cənubi və Mərkəzi Amerika da daxil olmaqla üçüncü ölkələrin vətəndaşlığına malik olduğunu aydınlaşdırır. Onlar ABŞ ilə bağlanmış müqavilə çərçivəsində Konqo Demokratik Respublikasına gətirilən ilk şəxslər olacaqlar. Bu müqavilə Konqo Demokratik Respublikasındakı insan haqları təşkilatları və müxalifət siyasətçiləri tərəfindən tənqid olunub.
Müqavilə aprelin əvvəlində elan edilib. Müqavilələr ABŞ-ın vasitəçiliyi ilə Konqo Demokratik Respublikası və Ruanda arasında sülh müqaviləsinin həyata keçirilməsindən irəli gəlib. Müqaviləyə ABŞ-ın Konqonun mineral ehtiyatlarına çıxışı da daxildir.
Əziz MUSTAFA



















































































