Pakistanın paytaxtında yeni danışıqlar mərhələsi keçirilə bilər
İran və ABŞ məhsuldar təmaslar aparır və iki tərəf arasında Pakistanın paytaxtında ilk dəfə olduğu kimi, yeni bir şəxsən danışıqlar mərhələsi keçirilə bilər. Ağ Evin mətbuat katibi Kerolin Livit bunu jurnalistlər üçün keçirilən müntəzəm brifinqdə açıqladı.
"Biz bu danışıqlarda dərindən iştirak edirik. Bu həftə birbaşa vitse-prezident J.D. Vens və prezident Donald Trampdan bu danışıqların məhsuldar və davam etdiyini eşitdiniz", - deyə o bildirib.
Lakin o, şəxsən danışıqların yeni mərhələsinin artıq planlaşdırıldığını təsdiqləməyib. "Ağ Evdə bizdən xəbər alana qədər heç nə rəsmi deyil. Amma biz razılaşma perspektivlərindən məmnunuq", - deyə Livit qeyd edib. Mətbuat katibi mümkün yeni danışıqlar raundu barədə "Onlar çox güman ki, ötən dəfəki yerdə olacaqlar" dedi. Birinci raund 11 apreldə İslamabadda baş tutdu.
Əziz Mustafa



















































































