Özbəkistanda Prezident Administrasiyasının keçmiş şöbə müdirinin olduğu avtomobilə atəş açılıb
Daşkənd vilayətində iki naməlum şəxs Komil Allamjonov və sürücüsünün olduğu "Range Rover" markalı avtomobilə atəş açıb.
“Daşkənd vilayətinin Qibray rayonunun İfor küçəsində iki naməlum şəxs idarə etdiyi “Range Rover” markalı avtomobilə odlu silahdan bir neçə dəfə atəş açaraq qaçıblar”, - Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Allamjonov son vaxtlara qədər prezident Mirziyoyev administrasiyasının informasiya siyasəti şöbəsinin müdiri, əvvəllər isə Prezident Administrasiyası rəhbərinin müavini, İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin direktoru və prezidentin mətbuat katibi vəzifələrində çalışıb.
Avtomobildə olanların xəsarət almadığı bildirilir. Faktla bağlı “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi başlanıb.
Oxuməni.az



















































































