Şəhər turu təşkil edən şirkət fəaliyyətini dayandırıb

Şəhər turu təşkil edən şirkət fəaliyyətini dayandırıb

15 Aprel 2016 14:02
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda avtobuslarla şəhər turu təşkil edən "City Sightseeing" MMC fəaliyyətini dayandırıb.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bununla bağlı mehmanxana və turizm şirkətləri məlumatlandırılıb.
Aprelin 11-dən şəhər turunu "Baku City Tour" adlı yeni brend altında Bakı Turizm İnformasiya Mərkəzi həyata keçirir. "Qədim və Müasir Bakı" adlı marşrut əvvəlki "City Sightseeing" marşrutunu təkrar edir.
Eyni zamanda, Heydər Əliyev adına beynəlxalq hava limanına transfer, Bakı ətrafı (Qobustan, Qala, Yanardağ, Atəşgah) və respublikanın müxtəlif regionlarına qonaqların və turistlərin səyahətinin təşkil edir.

Mediainfo.az