ABŞ-da aeroportda iki təyyarə toqquşub
Amerikanın Tennessi ştatının Naşvill şəhər beynəlxalq hava limanında yedəyə alınan zamanı "Southwest Airlines" aviaşirkətinə məxsus iki təyyarə toqquşub.
Oxuməni.az-ın verdiyi xəbərə görə, bu barədə WSMV telekanalı məlumat yayıb.
Bildirilir ki, hadisə şənbə günü axşam olub. Nəticədə təyyarələrdən biri ikinci hava gəmisinin qanadını zədələyib. Xəsarət alan olmayıb. Qəzadan sonra hər iki təyyarə texniki baxış üçün uçuşdan müvəqqəti çıxarılıb.( report)
Digər xəbərlər