Azərbaycanda qəndə ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub

Azərbaycanda qəndə ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub

23 Yanvar 2020 12:25
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycanda qənd məhsullarına "Natrium disionid" adlı ağardıcı maddə qatan İran vətəndaşı həbs olunub.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Rüfət Rüstəmzadə deyib.

Onun sözlərinə görə, bu şəxs tərəfindən Azərbaycanda sex açaraq fəaliyyət göstərib. Hımin sexdə isə sözügedən kimyəvi maddə şəkərə əlavə edilib:

"Biz tövsiyə etmirik ki, hər hansı kimyəvi maddə təkrar şəkərə qatılsın. Burada müəyyən texnoloji ardıcıllıq var və həmin texnoloji ardıcıllığa riayət olunsa, heç bir əlavə qatqılara ehtiyac olmayacaq".

Oxuməni.az