Türkiyə İranla münaqişəyə girməyə hazır olduğu barədə xəbərlərə cavab verdi
ABŞ prezidenti Trampın xahişi ilə Türkiyənin İrana qarşı münaqişəyə hazırlaşdığı barədə yayılan xəbərləri Ərdoğan administrasiyası tərəfindən təkzib edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dezinformasiya ilə mübarizə mərkəzi "X" sosial şəbəkəsində bəyanat yayıb.
"Sosial şəbəkələrdə yayılan "Tramp Türkiyəyə İrana hücum əmri verib", "Türkiyə İran əleyhinə gizli hərbi planın bir hissəsidir", "Türkiyə İrana qarşı müharibədə iştirak etmək üçün CAATSA sanksiyalarının ləğvini tələb edib" kimi iddialar həqiqətə uyğun deyil", - deyə idarədən bildirilib.
Bəyanatda Türkiyənin müstəqil və suveren dövlət olduğu, öz xarici siyasətini və təhlükəsizlik qərarlarını müstəqil şəkildə müəyyən etdiyi və həyata keçirdiyi vurğulanıb.
"Türkiyənin İrana qarşı müharibəyə girməsi və ya bu məqsədlə CAATSA sanksiyalarının ləğvi də daxil olmaqla hər hansı bir şərt təklif etməsi qətiyyən mümkün deyil. İctimai rəyi manipulyasiya etməyə yönəlmiş belə məzmunlara inanmamağı ictimaiyyətə şiddətlə tövsiyə edirik", - deyə dezinformasiya ilə mübarizə mərkəzindən bildirilib.
Almaz Həsənli










.jpg)







.jpg)
.jpg)
.jpg)






































.jpg)
.jpg)
.jpg)



















