Əli Xamenei ilə vida mərasimi martın 4-ü axşam başlayacaq və üç gün davam edəcək
Fevralın 28-də həlak olan İranın ali rəhbəri Əli Xamenei ilə vida mərasimi bu gün axşam Tehranda başlayacaq və üç gün davam edəcək. Oxuməni.az “Akharin Khabar” agentliyinə istinadla xəbər verir ki, bu barədə İslam Təbliğatının Koordinasiya Şurası məlumat verib.
Koordinasiya Şurası bildirib ki, Əli Xamenei ilə vida mərasimi yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 22:30) başlayacaq. Üç günlük mərasim üçün xüsusi tədbirlər nəzərdə tutulub. Hazırda Əli Xameneinin dəfn mərasimi planlaşdırılır. Hazırlıqlar başa çatdıqdan sonra onların keçirilməsi ilə bağlı təfərrüatlar açıqlanacaq.
Əli Xamenei fevralın 28-i səhər ABŞ və İsrailin İrana ilk zərbələri zamanı həlak olub. İranın ali rəhbəri ilə yanaşı, hərbi əməliyyatlar zamanı onun həyat yoldaşı, qızı, kürəkəni, nəvəsi və gəlini də həlak olub. Əli Xameneinin iqamətgahının binası tamamilə dağıdılıb. Fars agentliyi xəbər verib ki, ayətullah öz doğma şəhəri Məşhəddə dəfn olunacaq.
Almaz Həsənli










.jpg)







.jpg)
.jpg)
.jpg)






































.jpg)
.jpg)
.jpg)



















