Obamanın Rusiya planı uğur qazana biləcəkmi?

Obamanın Rusiya planı uğur qazana biləcəkmi?

21 Aprel 2014 16:13
Bəyəndim (0) Bəyənmədim (0)
"New York Times” qəzetinin siyasi şərhçisi Petr Beyker Obamanın Rusiya siyasətini təhlil edib

Avropa.info xəbər verir ki, Beyker Krımın Rusiyaya birləşdirilməsi hadisəsindən sonra Obamanın dünyanın ən böyük ölkəsinə qarşı mövqeyini dəyişdiyini bildirib. Beyker yazır ki, Obamanın Rusiyaya qarşı bu gün yürütdüyü siyasət ABŞ-ın 2-ci dünya müharibəsindən sonra SSRİ-yə qarşı yürütdüyü siyasətə çox bənzəyir.

"Soyuq müharibədə olduğu kimi, Obama Rusiya ilə iqtisadi-siyasi əlaqələrini kəsilmək həddinə çatdırıb, ölkə sərt iqtisadi sanksiyalarla hədələnir.

Obama bu gün faktiki olaraq Corc Kenanın 1947-ci ildə SSRİ-yə qarşı olan siyasi xəttini təkrar edir. Corc Kenanın bu xətti SSRİ-nin süqutuna qədər davam etdi. Obamanın hazırkı prioriteti Rusiyaya qarşı ittifaq yaratmaqdı, ABŞ administrasiyası bu ittifaqa hətta Çinin təmsil olunmasını istəyir. Müəllif daha sonra qeyd edir: Sözsüz ki, bu çox doğru strategiyadır. Düzdü, Rusiya SSRİ deyil və onun qədər də qüdrətli deyil amma Rusiya yenə də dünyaya fəlakətlər bəxş edə biləcək bir ölkədir. Düzdü, Rusiya Fuldsk dəhlizinə minlərlə tanklarının lüləsini tuşlamayıb. Amma Rusların Krımı demək olar ki, heç bir döyüşsüz ələ keçirməsi onların təkcə silah gücünə güvənmədiklərini göstərdi. Rusiya iqtidarının çoxsaylı çatışmazlıqlarının olmasına baxmayaraq onlar dünya ilə normal münasibət qura bilirlər. Nəzərə alaq ki, Rusiyada hazırda bir neçə dəqiqənin içində istədiyi ölkəyə istiqamətləndirə biləcəyi nüvə başlıqları mövcuddur.

Rusiya kimi ölkə ilə mübarizə aparan zaman xüsusi diqqətli olmaq lazımdı. Rusiyanın ABŞ-la yanaşı Avropa ölkələri ilə də geniş əlaqələri mövcuddur."

Beyker bu yazısında ABŞ siyasəti haqda geniş yazmasa da bu siyasətin getdiyi yolu cəmiyyətə çatdırıb.

Beykerin yazdığına görə, ABŞ üçün Braziliya, Çin, Hindistan kimi ölkələrin Rusiya ilə olan isti münasibətinə xələl gətirməsi inandırıcı görsənmir: "ABŞ hətta ən yaxın müttəfiqi olan İsraillə belə Rusiya məsələsində ortaq məxrəcə gələ bilmir. SSRİ-dən fərqli olaraq Rusiyanın dünya ölkələri ilə daha geniş iqtisadi əlaqələri var. Sözsüz ki, dünyanın ən böyük dövləti ilə iqtisadi əlaqəsi olan ölkələr bir qələmdə Rusiyanı silmək iqtidarında deyillər. Bu onların özü üçün ağır iqtisadi böhranla nəticələnə bilər, necə ki, biz bunu indi Ukraynada görürük.

Müəllif yuxarıda qeyd olunanları sadalayaraq bildirir ki, Obamanın Rusiyaya qarşı ittifaq yaradacağını müşkül məsələ adlandırıb və güman edib ki, bu ölkələr mövcud kurslarına sadiq qalacaq.

Mediainfo.az