İlham Əliyev: "Çox aşağı səviyyədə borcumuz var"
Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı, Dünya Elmlər və Mədəniyyət Akademiyası, BMT, İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib:
"Hazırda güc beynəlxalq münasibətlərdə əsas yer tutur, biz daha güclü olmalıyıq. BMT-nin 4 qətnaməsi var və həmin qətnamələrdə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələb olunur. Avropa Şurası Parlament Assambleyası və digər beynəlxalq qurumlar da bu barədə qərar qəbul edib. Biz doğma torpaqlarımıza qayıdacaq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir milyon qaçqın və məcburi köçkün öz torpaqlarına qayıdıb yaşamalıdır. Dağlıq Qarabağ əhalisinin 30 faizi torpaqlarından qovulandan sonra orada qeyri-qanuni referendum keçirilib. Ona görə də heç bir ölkə bu qeyri-qanuni referendumun nəticələrini tanımayıb. Biz öz taleyimizin sahibi olmalı, daha güclü olmalıyıq. Çalışmalıyıq ki, cəmiyyəti əsas prioritetlər ətrafında toplayaq. Bu, torpaqlarımızın azad edilməsi, müstəqilliyimizin güclənməsi və insanlar üçün daha yaxşı həyat şəraiti qurulmasıdır. Cəmiyyət əsas məqsədlər ətrafında səfərbər olunursa, cəmiyyət parçalanmır. Çatışmazlıqları da müzakirə etməliyik. Ancaq əsas odur ki, cəmiyyətimiz birləşib".
İ. Əliyev qeyd edib ki, 10 il əvvəl Azərbaycanda 49 faiz səviyyəsində olan yoxsulluq artıq çox aşağı düşüb: "Biz dayanıqlı inkişafa nail olmalıyıq. Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq. Keçmiş dövlət və hökumət başçılarının Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumuna qatılması bu tədbirin əhəmiyyətini göstərir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu da artıq nüfuzlu qurumlara çevrilib. Nizami Gəncəvi müdrikliyin rəmzi olub".
Dövlət başçısı qeyd edib ki, Forumda mühüm bəyanatlar veriləcək, görülmüş və görüləcək işlər haqqında danışılacaq:
"Azərbaycanın müstəqilliyindən 22 il ötür, qısa müddətdə böyük uğurlar əldə olunub: "Hazırda Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Azərbaycanın daha müasir dövlətə çevrilməsinə çalışırıq. Azərbaycan əsrin əvvəllərində 2 il müstəqil olub. Sonra bolşeviklər tərəfindən işğal edilib. Azərbaycan işğal olunub, digər bir ölkənin tərkib hissəsinə çevrilib. İndi isə taleyimiz öz əlimizdədir. Müstəqilliyimizin ilk illərində torpaqlarımızın işğalı, vətəndaş müharibəsi, iqtisadi, siyasi böhrana baxmayaraq, müstəqilliyimiz qorunub, inkişafa nail olmuşuq. Bu gün dövlətçiliyimizin möhkəm əsasları var, iqtisadi və siyasi islahatlar aparmışıq, azadlıqları təmin etmişik. Toplaşma azadlığı, media azadlığı artıq həyatımızın bir hissəsidir. İqtisadi əsaslarımız olmasaydı, bunlar olmazdı. İqtisadi və siyasi islahatlar paralel aparılmalıdır. Elə ölkələr var ki, 20 il əvvəl bizim üzləşdiyimiz çətinliklərlə üzləşir. Biz həmin ölkələr üçün nümunə ola bilərik".
Prezident vurğulayıb ki, Azərbaycanın müstəqilliyinin əbədi olması üçün iqtisadi qüdrətimiz artmalıdır: "Artıq Azərbaycan gələcəyi aydın olan ölkə kimi qəbul edilə bilər. Azərbaycanın 2020-ci ilə baxışla bağlı konsepsiyası var. Maliyyə vəziyyətimiz də sarsılmazdır. Çox aşağı səviyyədə borcumuz var, ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir. İqtisadiyyatımız şaxələnir. 2 minə yaxın məktəb tikilib. Əvvəllər miqrasiya Azərbaycandan başqa ölkələrə idisə, sonra ölkə daxilində regionlardan Bakıya oldusa, indi biz regionlardan Bakıya miqrasiyanı dayandırmağa çalışırıq".
Mediainfo.az













.jpg)





























.jpg)




.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg-1.jpg)
.jpg)










































