İran PKK-ya görə Türkiyəyə nota verdi

İran PKK-ya görə Türkiyəyə nota verdi

21 Avqust 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Rəsmi Tehran Türkiyədə İran vətəndaşlarının PKK terrorçularının hücumuna məruz qalması ilə bağlı Ankaraya nota verib.

Məlumata görə, nota Türkiyənin Tehrandakı səfiri Rza Hakan Tekinə təqdim edilib. Sənəddə bildirilir ki, Türkiyə ərazisində İrandan gələn avtobuslara və vətəndaşlara edilən hücumlardan çox narahatdır.

Qeyd edək ki, iyulun sonundan bu günə qədər İrana aid 9 TIR və 1 sərnişin avtobusu PKK terror təşkilatının təcavüzünə məruz qalıb. Hadisə zamanı 1 iranlı həyatını itirib. Tehran rəhbərliyi həmçinin Ankara-Tehran səfərini həyata keçirən iki qatara edilən terror hücumundan sonra qatar səfərlərini də təxirə salıb.

Mediainfo.az